Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Oktyabr 2022 08:03
Qidalanma insanın sağlamlığında mühüm rol oynayır.Qəbul etdiyimiz hər bir qida orqanizmimizdə olan parazitlərə də öz təsirini göstərir. Vaxtlı-vaxtsız qidalanma, şirniyyatlar, immunitütin aşağı düşməsi parazitlərin imkişafı üçün ideal mühit sayılır. Bəzi qidalar da vardır ki, onların çox qəbul edilməsi bağırsaqlarda olan qurdaların və parazitlərin məhvinə səbəb olur. Bu bitkilər parazitəleyhinə təsir göstərir.
Gülxətmi
Parazit əleyhinə gülxətminin kökündən istifadə edilir. Gülxətmi kökünün dəmləməsi birhüceyrəli parazitlərin qandan, nəfəs orqanlarından, plazmadan, sidik yollarından təmizlənməsinə səbəb olur. Gülxətmi kökünün dəmləməsinin sinir sistemi orqanlarına faydası çox böyükdür. Bu da dəmləmənin orqanizmdəki parazitlərə təsiri geniş sahəlidir. Gelxətmi dəmləməsinin tərkibində həyat üçün əhəmiyyətli maddələr vardır.
Reyhan
Reyhanın parazit əleyhinə təsiri gülxətmininki qədərdir. Onun həm təzəsi, həm də qurumuşunu qəbul edilən qidaların üstünə səpib yemək bağırsaqlardakı parazitlərin məhv olasına səbəb olur.
Zirinc
Zirincin həm özü, həm kökü - bir sözlə hr bir hisssəsi parazit əleyhinə təsirə malikdir. Zirinci çiy halda salatlara əlavə etmək, bişmiş halda isti yaməklərdə qəbul etmək qara ciyər daxilində olan parazitləri belə məhv edir. Zirincin qara ciyəri süzmək qabiliyyəti vardır. O qara ciyəri artıq piylərdən xilas edir, qanı təmizləyir və parazitləri məhv edir.
Mixək
Mixək çayı bakteriyalar, viruslar, bağırsaq qurdları və parazitlər əleyhinə təsirə malikdir. Mixəyin parazit əleyhinə təsir göstərməsi qanın plazmasında da özünü göstərir. Mixək çayından hətta faringit, haymorit, laringit, diş ağrıları və impotensiya zamanı qəbul edilir. Mixək çayı ağ ciyərləri, mədəni və limfa sistemini təmizləyir.
Nar
Narın qabıqlarını qaynatdıqdan sonra ağız boşluğunda olan bakteriyalara və yaralara qarşı, bağırsaqlardakı parazit və qurdlara qarşı, göbələk xəstəliklərinə qarşı istifadə eməkdə fayda var. Nar qabıqlarının dəmləməsi orqanizmin bütün orqanlarında parazit və qurd xəstəliyi əleyhinə təsir göstərir. Bu məqsədlə nar qabıqlarının çayı, dəmləməsi, hətta yağından da istifadə edilir.
Çiyələk yarpaqları
Çiyələk bitkisinin yarpaqlarınən dəmləmələri bağırsaqlardakı qurdları tökülməsinə səbb olur.
Söyüd kökü
Söyüd kökünü qaynadıb içmək bağırsaqlardakı parazirtrlərin təmizlnməsinə səbəb olur.
Kəklikotu
Kəklikotu dəmləməsi bağırsaq parazitlərinin xaric olunmasına fayda verir.
Zəncəfil
Zəncəfil çayı bsağırsaqlardakı parazitlərin və qurdların tökülməsinə yardım edir.
Çördük armudu (yabanı armud)
Qədim zamanlardan orqanizmdəki parazit və qurdların təmizlənməsi üçün istifadə edilib. Onun meyvələrinin dəmlənəsi və çiy halda yeyilməsi, hətta tumları da orqanizmə qurdqovucu təsir edir.
Kalendula
Bakteriasid təsirə malikdir. Qurdqovucu və parazit əleyhinə təsir göstərir.
Gicirtkən
Gicirtkən yarpaqlarının dəmləməsi bağırsaqlardan parazitlərin xaric olunmasına səbəb olur.
Sarıkök
Sarıkökün parazit əleyhinə təsir göstrməsi tibbə çoxdan məlumdur.
Dəfnə
Dəfnə yarpağı antiparazitar və qurd əleyhinə təsirə alikdir.
Qırmızı acı bibər
Qırmızı acı bibət toxumunun dəmləməsi parazit əleyhinə güclü təsirə malikdir.
Balqabaq tumu
Balqabaq tumu yemək bağırsaqlardakı parazitlərin və qurdların tökülməsinə yardım edir.