Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Oktyabr 2022 17:34
Soyuq havalar yaxınlaşdıqca communal xərclərdə artır. Evin qızdırılması üçün isə daha çox qaza tələbat yaranır. Ən çox sərfiyyat da əsasən kombi cihazlarından istifadə zamanı ortaya çıxır. Ona görədə bəzi vətəndaşlar çalışırlar ki, qaza daha çox qənaət etsinlər ki, qışı az xərclə başa vursunlar. Bəziləri isə əksinə, qənaət etməkdə çətinlik çəkirlər.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, kommunal xidmətlər üzrə mütəxəssis Nüsrət Qasımov deyir ki, kombi cihazları digər qızdırıclarla müqayisədə daha çox yanacaq işlədir. Ancaq bu qızdırıcıdan istifadə zamanı da qənaət etmək mümkündür.
Mütəxəssinin sözlərinə görə, hazırda communal xidmətlərə, xüsusən mavi qaza qənaətlə bağlı təbliğat, maarifləndirmə tədbirlərinində genişləndirilməsinə ehtiyac var.
Nüsrət Qasımov həmçinin deyir ki, kombini bayırdakı havanın temperaturuna uyğun tənzimləmək lazımdır. Bu zaman da qaza xeyli qənaət edilmiş olacaq.