Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təbii doğuş nə deməkdir?

Təbii doğuş nə deməkdir?

Tarix: 8 Oktyabr 2022 08:42

Təbii doğuş sehirli söz və möcüzəli hadisədir. Təbii doğuş dedikdə tibbi müdaxilə olmadan dərmansız, iynəsiz, qısa bir zamanda təbii ağrılardan sonra baş verən doğuşdur. Düzdür, son illər təbii doğuşların sayı çox azalıb.
Təbii doğuş dedikdə həkimin və mamaçanın iştirakı ilə həyata keçirilən proses nəzərdə tutulur. Bu zaman hamilə qadının rahat dünyaya uşaq gətirməsi üçün şərait yaradılır və mamaçanın dediklərinə əməl edən qadın asanlıqla öz övladını düyaya gətirir.
Bəs niyə qadın dünyaya uşaq gətirərkən tibbi üsullara əl atmaq lazım gəlir?
Hər bir qadının özünəməxsus fərqli xüsusiyyəti var. Qadınların özləri kimi, doğuşları da fərqli olur. Doğuşun gedişatı da qadının fiziki və psixi xüsusiyyətlərindən asılı olur. Uşağın ana bətnində özünü normal hiss eləməsi, onun ürək döyüntülərinin səsi, qadının fiziki gücü və doğuma hazırlaşması da doğuşun idarə edilməsi zamanı özünü göstərir.
Doğuş zamanı tibbi müdaxilənin olmaması barədə deyimdən söhbət gedə bilməz. Çatışmazlıqlar bəzən normal doğuşlar zamanı da meydana çıxa bilir. Doğuşun stimulyasiya edilməsi doğuşun az ağrı ilə və ağırlaşmasız keçməsinə səbəb olur. Əksər hallarda doğuş zamanı ağrının azaldılmasına həqiqətən də ehtiyac duyulur. Çünki, doğuş sancıları başladığı andan etibarən qadın orqanizmi ağrını azaltmaq üçün təbii ağrəğıkəsici hormonların ifrazını dayandırır.
Doğuş zamanı anesteziyadan istifadə etdikdə anesteziya uşağa zərər vermir. Əksinə ağrı hissi azaldığı zaman qadın daha da möhkəm gücənərək uşağı xaric etməyə çalışacaq.
Bəzən təbii doğuşlar zamanı uşaqlığın giriş nahiyəsində kəsik aparmaq lazım gəlir. Buna ən çox uşağın başı çıxacaqda ilişib çölə çıxa bilmədiyi zamanlarda zərurət duyulur. Əksər hallarda uşağın başı iri olduqda kəsik aparılaraq doğuşun tez başa çatmasına şərait yaradılır.
Söhbət təbii doğuşdan getdiyi zaman yuxarıda qeyd edilənlər əksər hallarda qaçılmaz olur.  
Təbii doğuşlar zamanı doğumdan qabaq ananın psixoloji vəziyyətini nəzarət altına almaq lazımdır. Psixoloji cəhətdən doğuşa hazır olan qadının doğuşu asan olur. Doğuş zamanı qadının özünü necə aparmasını, nəfəs alıb-vermənin idarə edilməsini, güc gəldiyi zaman nə etmək lazım olduğunu doğuşdan əvvəl qadına başa saldıqda və doğuşu idarə edən zaman xatırladıqda doğuş rahar olur. Doğuşun rahat olmasında mamaçanın da rolu böyükdür.
Təbii doğuğun əsas üstünlüyü doğuşdan qısa müddət sonra uşağın döş əmə bilməsi və ilk gündən ananın yanında qala bilməsi olur.
Təbii doğuş qarşıya qoyulan məqsədyönlü bir iş deyil, o təbii və düzgün surətdə hamiləliyin başa çatdırılması və arzu olunan uşağın dünyaya gətirilməsidir.


Etiketlər:  Təbii doğuş deməkdir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ