Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Uşağın zorlanması və öldürülməsinə görə yüngül cəza: ruhi xəstəxanaya göndərildi

Uşağın zorlanması və öldürülməsinə görə yüngül cəza: ruhi xəstəxanaya göndərildi

Tarix: 9 Oktyabr 2022 01:16

Rusiyada, Tula vilayətində 53 yaşlı Belev sakini qızın öldürülməsi, uşağın zorlanması və seksual xarakterli zorakılıq hərəkətləri ilə bağlı psixiatriya xəstəxanasına məcburi müalicəyə göndərilib.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

İstintaqın məlumatına görə, 2002-ci ilin iyulunda Belevdə o zaman Arsenyevo kəndində yaşayan müttəhim 18 yaşlı qızı döyüb, zorlayıb və öldürüb, sonra hadisə yerindən qaçıb.

20 ilə yaxındır ki, cinayətin üstü açılmayıb. Lakin sonradan müstəntiqlər və məhkəmə-tibb ekspertləri, eləcə də regional Daxili İşlər Nazirliyinin əməliyyatçıları cinayətkarın şəxsiyyətini müəyyən edə biliblər - onun yerli sakin olduğu üzə çıxıb. Araşdırma zamanı onun başqa cinayətdə əli olduğu məlum olub. 2012-ci ilin noyabrında Arseniyevski rayonunun kəndlərindən birində o, 11 yaşlı qızı öldürməklə hədələyərək onu zorlayıb və seksual xarakterli zorakılıq hərəkətləri edib.

İstintaq zamanı psixoloji və psixiatrik ekspertiza keçirilib. Məlum olub ki, kişi əməllərinin əsl mahiyyətini və təhlükəsini dərk etməyib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Uşağın zorlanması öldürülməsinə görə yüngül cəza ruhi xəstəxanaya göndərildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ