Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İspaniya Azərbaycanla bu sahədə əməkdaşlığa hazırdır

İspaniya Azərbaycanla bu sahədə əməkdaşlığa hazırdır

Tarix: 10 Oktyabr 2022 10:36

İspaniyanın bərpa olunan enerji mənbələri ilə məşğul olan şirkətləri Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə böyük töhfə verə bilər.

Bu barədə Milli.Az-a İspaniya Xarici İşlər Nazirliyindən deyiblər.

"Aİ ilə Azərbaycan arasında enerji sahəsində imzalanmış anlaşma memorandumu ölkələrimiz üçün gözəl əməkdaşlıq perspektivləri açır. Təkcə İspaniyanın "Enagas" şirkətinin Cənub Qaz Dəhlizinin seqmenti olan Trans-Adriatik boru kəməri (TAP) layihəsində iştirak etdiyinə görə yox, həm də ona görə ki, bu saziş Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafını nəzərdə tutur", - nazirlikdən bildiriblər.

Mənbənin sözlərinə görə, enerji sektoruna gəldikdə, Heydər Əliyev adına neft emalı zavodunun modernləşdirilməsində SOCAR-la tərəfdaşlığı sayəsində artıq Azərbaycanda özünü tanıtmış İspaniyanın "Tecnicas Reunidas" şirkəti üçün perspektivlər xüsusilə ümidvericidir.

Nazirlikdən onu da bildiriblər ki, Azərbaycan Dövlət Neft Fondu da enerji sahəsində əməkdaşlığın genişləndirilməsində mühüm rol oynaya bilər.

Milli.Az


Etiketlər:  İspaniya Azərbaycanla sahədə əməkdaşlığa hazırdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ