Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2022 08:06
"Vaşinqtonun Ukraynada sülh danışıqlarına çağırışları ikiüzlülükdür".
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin sözlərini şərh edərkən deyib.
Kirbi daha əvvəl bildirmişdi ki, Ukrayna ətrafında vəziyyətdən çıxış yolunu diplomatiya yolu ilə axtarmaq lazımdır. Eyni zamanda o qeyd edib ki, Vaşinqton Rusiyanın Kiyevlə danışıqlar aparmaq üçün ciddi niyyətini görmür.
"Bu yalançı sülh çağırışlarının arxasında ikiüzlülükdən və bizə "strateji məğlubiyyət" vermək üçün mübarizəni davam etdirmək cəhdindən başqa bir şey yoxdur", - Zaxarova bildirib.
Zaxarova vurğulayıb ki, Vaşinqtonun sülh çağırışları "nasistyönlü Ukrayna rejiminə irimiqyaslı silah tədarükü fonunda" eşidilir. Onun sözlərinə görə, Birləşmiş Ştatlar Kiyevin təxribat fəaliyyətini nə qədər çox həvəsləndirirsə, "həllin diplomatik yollarını tapmaq bir o qədər problemli olacaq".