Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Azərbaycan” jurnalının növbəti nömrəsi işıq üzü görüb

“Azərbaycan” jurnalının növbəti nömrəsi işıq üzü görüb

Tarix: 2 May 2019 11:40

Bakı. Trend:

“Azərbaycan” jurnalının növbəti aprel nömrəsi işıq üzü görüb.

Trend-in məlumatına görə, jurnalın poeziya bölməsində Musa Yaqub, İsa Sevər, Sevinc Arzulu, Ələsgər Talıboğlu, Səxavət Kəlbəcərlinin şeirləri yer alıb.

Jurnalın nəsr bölməsində İlqar Fəhminin “Gürgan şərabı” romanı, Müzahim İsmayılzadənin “Ağcaqanad dərəsi” hekayəsi dərc olunub. “Debüt” rubrikası oxucuları bu dəfə Vüqar İsgəndərovla tanış edir. Onun “Cəhənnəmdə etiraf” hekayəsi Xocalı soyqırımına həsr olunub. “Ədəbi talelər”də isə Günel Natiq Luici Pirandellonu – XX əsrin Şekspirini tanıdır.

Jurnalın bu nömrəsində A.S.Puşkinin “Qafqaz əsiri” Eyvaz Borçalının tərcüməsində təqdim olunub. Jurnal Qəşəm Nəcəfzadənin 60 yaşını da qeyd şeirləri ilə təqdim edir. Eləcə də “Publisistika” rubrikasında Tofiq Nurəlinin “Yol”, Valeh Bahaduroğlunun “Arxada qalan dolaylar”, “Tənqid və ədəbiyyatşünaslıq” bölməsində isə Elçinin “Məsuliyyətimizi nə üçün janrın boynuna atırıq?”, Aydın Talıbzadənin “Ağrılar və mərsiyələr şahı” adlı yazıları yer alıb.

Bu nömrədə ləzgi sovet poeziyasının banisi Süleyman Stalskini 150 illiyi münasibətilə Həsən Xasıyev yada salır.

“Axtarışlar, tapıntılar” rubrikasında Afaq Ağayarova “İqbal” qəzetinin nəşr tarixindən söz açır. “İncəsənət” rubrikasında isə İsrafil İsrafilov “Teatr tənqidinin susqunluq əhdi” yazısı ilə çıxış edir.

“Kitablar, rəylər” bölməsində Yaqub Babayev Təyyar Salamoğlunun “Azərbaycan tənqidi realizminin estetikası” kitabını təqdim edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan jurnalının növbəti nömrəsi işıq üzü görüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ