Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səudiyyə bu silahların sirrini Rusiyaya verə bilər

Səudiyyə bu silahların sirrini Rusiyaya verə bilər

Tarix: 18 Oktyabr 2022 08:24

ABŞ senatoru Riçard Blumental Səudiyyə Ərəbistanının ABŞ-ın müdafiə texnologiyalarını Rusiyaya ötürə biləcəyindən ehtiyat edir. O, bu ölkəyə texnologiya transferinin müvəqqəti dayandırılmasını təklif edib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Quardian" nəşri yazıb.

Bildirilib ki, senatorun əsas qayğılarından biri Rusiyanın ABŞ-ın Ər-Riyaddakı tərəfdaşları ilə paylaşdığı texnologiyadan faydalanmasının qarşısını almaqla bağlıdır.

"Biz Pentaqonla məsləhətləşəcəyik, onlarla çox açıq şəkildə danışacağıq. Qabaqcıl silah sistemləri texnologiyalarının ötürülməsində riski necə qiymətləndirirlər deyə..." - senator söyləyib.


Etiketlər:  Səudiyyə silahların sirrini Rusiyaya verə bilər


RƏYLƏR