Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2022 09:58
Sevgilisi Ayça Ayşin Turana xəyanət etdiyi üçün ayrıldıqları deyilən aktyor Alp Navruzdan açıqlama gəlib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktyor sosial şəbəkədə paylaşım edərək xəbərlərin doğru olmadığını bildirib:
"Son zamanlar haqqımda yazılan xəbərləri mən də təəccüblə oxuyuram. Bu günə kimi açıqlama vermək istəmədim. Ancaq indi pis niyyətli ağızlardan çıxan bu xəbərlər hörmətsizliyi də ötüb. Bildirmək istəyirəm ki, hər münasibət zamanla tükənə bilər, tərəflər arasında bəzi anlaşılmazlıqlar ola bilər. Biz də ümumi səbəblərə görə danışaraq münasibətimizi sonlandırdıq. Bunun yalan, çirkin xəbərlərlə əlaqəsi yoxdur. Bu şayiələri yayan insan və ya şəxslərin sevgi, hörmət və təmiz vicdana sahib olmalarını diləyirəm".
Qeyd edək ki, cütlük "Ada masalı" serialında birgə rol aldıqdan sonra sevgili olmuşdu.