Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2022 11:42
Özünü siyasi təhlilçi kimi qələmə verən Məhəmməd Nədimi adlı şəxs "Zakernews" saytında paylaşılan videosunda utanmazcasına Azərbaycanı "Bakı Respublikası" adlandırıb, haqqında hədə dolu ifadələr işlədib:
"Qədimdən deyiblər ki, "çobansız qoyun, sürü itini həris edər". Tamamilə aydındır ki, şimal-qərb qonşumuzun bu günlərdə cəsarətlənməsi İran xarici siyasət idarəsinin uzun illər apardığı qeyri-prinsipial siyasətin nəticəsidir.
Bir çoxları Qafqazda baş verənlərlə bağlı İranın müdaxilə edə bilməyəcəyini düşünür. Halbuki, bu, belə deyil. Hazırda İranın Azərbaycanla sərhəddə hərbi-logistik qüvvələr, Araz çayı üzərində üzən körpülər yerləşdirir. Həmin tampon körpülər hücum xarakterli hərbi təlim zamanı istifadə olunur.
Bunun mənası var. Rəsmi Tehran hər hansı bir məsələ ilə bağlı ali rəhbərindən tutmuş prezidentə, xarici işlər naziri, SQ-in Baş Qərargah rəisinə qədər mövqe bildirirsə, deməli bu, son dərəcə vacib və həyati əhəmiyyətli mövzudur.
Hesab edirəm ki, biz burada müəyyən bir problemi aradan qaldırmaq istəyiriksə, indi əsl vaxtıdır. Azərbaycanla bağlı İranı narahat edən bir neçə məqam var:
- İsrail hərbi bazalarının mövcudluğu
- Suriya hökumətinə müxalif qüvvələrin, eləcədə pakistanlı döyüşçülərin Azərbaycanda olması. İranın xarici işlər naziri azərbaycanlı həmkarı ilə telefon danışığında bu məsələni qabardıb və nəinki İranın, həm də region dövlətlərinin xarici döyüşçülərin Azərbaycanda olmasından narazıdırlar. Azərbaycanın xarici işlər naziri isə məsələni ört-basdır etməyə çalışsa da, bunun birim üçün bir əhəmiyyəti yoxdur
Əsas məsələ odur ki, belə bir məqamda İran necə reaksiya verir...".