Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təyyarədə ilan görən sərnişinlər şok yaşadı

Təyyarədə ilan görən sərnişinlər şok yaşadı

Tarix: 20 Oktyabr 2022 19:50

"United Airlines" təyyarəsinin salonunda diri ilanın gözlənilməz və müəmmalı şəkildə görünməsi sərnişinlər arasında panika yaradıb.

Milli.Az bildirir ki, bu barədə The Guardian yazıb.

Hadisə Tampadan Nyuark Liberti Hava Limanına (ABŞ) gələn təyyarənin göyərtəsində baş verib. Şahidlərdən birinin dediyinə görə, təyyarə uçuş-enmə zolağından darvazaya doğru hərəkət edən zaman biznes-klass salonundakı sərnişinlər qışqırmağa və ayaqlarını yerdən çəkməyə başlayıblar - göyərtədə canlı ilan sürünüb.

Hava limanının heyvanlara nəzarət işçiləri, polis əməkdaşları ilə birlikdə təyyarədə ilanı tutub, təbiətə buraxıblar. Məlum olub ki, bu, insanlar üçün təhlükə yaratmayan ilandır. Nə aviaşirkətin sözçüsü, nə də hava limanının rəhbərliyi heyvanın təyyarənin içərisinə necə girə bildiyi barədə açıqlama verməyib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Təyyarədə ilan görən sərnişinlər şok yaşadı


RƏYLƏR