Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Namusumla çalışıram, çılpaq şəkillərimi anam çəkir" - Səmra

Tarix: 21 Oktyabr 2022 17:35

"Miss Azərbaycan"ın qalibi Səmra Hüseynova qalmaqallı açıqlamaları ilə yenidən gündəmə gəlib.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, tez-tez çılpaq fotolarına görə tənqid obyektinə çevrilən model bunun işi olduğunu xatırladıb.

MTV telekanalına açıqlama verən model "çılpaq şəkillərimi anam çəkir" deyə bildirib.

Model soyunmağında pis heç nə görmədiyini deyib:

"İş, sənət bunu tələb edir. Məni fotolarıma görə tənqid edənlərin heç biri qapımı döyüb mənə pul vermir. Mən sənət göstərirəm, modellik namussuzluq deməkdir?! Mən namusumla, qeyrətimlə çalışıram, yəni soyunuram".

Milli.Az


Etiketlər:  Namusumla çalışıram çılpaq şəkillərimi anam çəkir Səmra


RƏYLƏR