Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2022 16:52
Rusiyanın tanınmış eksperti, "Mülki müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko sosial şəbəkələrdə Ermənistan baş naziri ilə bağlı keçirdiyi sorğunun nəticələrini açıqlayıb.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, iştirakçılara "Nikol Paşinyan Rusiyaya xəyanət edəcəkmi" sualı qoyulub.
Sorğu həm Tvitter, həm də Teleqram sosial şəbəkəsində keçirilib. Tvitterdəki sorğuda 1236 nəfər iştirak edib. İştirakçıların 91%-i Nikol Paşinyanın xəyanət edəcəyini bildirib. 2% "yox" cavabını verib, 2% cavab verməkdə çətinlik çəkib.
Teleqram kanalında isə 2658 nəfər səsverməyə qatılıb. Onların 91%-i Nikol Paşinyanın Rusiyaya xəyanət edəcəyini bildirib, 1% etməyəcəyini, 2% cavab verməkdə çətinlik çəkib.
Hər iki sorğunun nəticələrinin demək olar ki, üst-üstə düşməsinə diqqət çəkən İqor Korotçenko bunun qətiyyən təsadüf olmadığını bildirib.