Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2022 23:36
Zəncəfil payız, qışda insanların ən çox aldığı vasitədir.
O, antioksidant, B, C vitaminləri ilə zəngindir. Zəncəfil virus və bakteriyalarla mübarizə aparır, bəlğəmgətiricidir.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, dietoloq İrina Berejnaya zəncəfilin gözlənilmədən zərər verəcəyini bildirib.
"Boğaz, qrip, öskürəyin müalicəsində zəncəfilin kor-koranə, xüsusilə uşaq və yaşlılarda istifadəsi vəziyyəti ağırlaşdıra bilər.
Zəncəfil qızdırmada əks təsir verir, o istiliyi daxildən artıra bilər.
Eləcə də qastrit, mədə-bağırsaq xoralarında zəncəfil simptomları kəskinləşdirir.
Zəncəfilli müalicəvi içki hazırlamaq üçün 50 qram zəncəfil kökünü nazik dilimləyib, üzərinə qaynar su alıb, 15 dəqiqə saxlayıb, üzərinə bal və ya limon qatıb yeyə bilərsiz".