Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2022 15:20
Rusiyada, Krasnoyarsk diyarında Kanskda məktəbdə bədən tərbiyəsi müəllimi 6-cı sinif şagirdinə hücum edib.
Sonxeber.net bildirir ki, bu barədə uşağın anası "Podyom" nəşrinə xəbər verib.
Qadının sözlərinə görə, dərs zamanı uşaqlar gülərək nəyisə müzakirə ediblər. Birdən müəllim oğlunun boynundan tutub boğmağa başlayıb. "Bu, bütün dərs boyu davam etdi. Uşaq döyülüb. Uşağın yanağının bir parçası qoparılıb, boynunda qançırlar var. Polislə əlaqə saxladıq, izahat yazdıq", - deyə rus qadın bildirib.
O, həm də məktəbdən heç kimin zəng vurub yaralı oğlanın halını soruşmamasından qəzəblənib. Qadın iddia edib ki, məktəb hər şeydə uşaqları günahlandırıb, oğluna hücum edən müəllim isə "heç nə olmamış kimi" dərs deməkdə davam edib.
Jurnalistlər Kansk şəhərinin Təhsil Departamenti ilə əlaqə saxlayıblar, onlar vəziyyəti şərh etməkdən imtina ediblər, lakin yoxlamanın aparıldığını vurğulayıblar.
İrfan Vəliyev