Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hamamda uşaq doğub, torbaya qoyub zibil qutusuna atdı

Hamamda uşaq doğub, torbaya qoyub zibil qutusuna atdı

Tarix: 27 Oktyabr 2022 20:46

2022-ci ilin yazında Moskvanın şimal-şərqində zibil qutusundan tapılan yeni doğulmuş qız uşağının taleyi məlum olub.

Sonxeber.net bildirir ki, Moskva prokurorluğunun məlumatına görə, körpə üzərində qəyyumluq müəyyən edilib.

Uşağın 42 yaşlı anasının hamiləlik və doğuş üçün qeydiyyatda olmadığı müəyyən edilib. Qız mənzilin hamamında doğulub. Bundan sonra qadın yeni doğulmuş uşağı uşaq bezi və dəsmalla bükərək, plastik torbaya qoyub və zibil qutusuna atıb.

Ana Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, habelə 106-cı maddəsi ("Doğuşdan dərhal sonra ana tərəfindən yeni doğulmuş uşağı öldürməyə cəhd") ilə cinayət törətməkdə ittiham olunub. O, həbsdə saxlanılıb. Təqsirləndirilən şəxsin böyük övladı, 2017-ci il təvəllüdlü oğlan üzərində də qəyyumluq müəyyən edilib.

Bu ilin aprel ayında körpəni Şimal bulvarında yerləşən evdə zibil qutusunda təmizləkci tapıb. Qız xəstəxanaya aparılıb.

İrfan Vəliyev


Etiketlər:  Hamamda uşaq doğub torbaya qoyub zibil qutusuna atdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ