Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2022 21:20
"SSRİ-nin dağılması dünya tarazlığını pozdu və Qərb birqütblü dünya elan etdi".
Bunu Rusiya Prezidenti Vladimir Putin "Valday" beynəlxalq diskussiya klubunun plenar iclasında bildirib.
"Qərbin dünya işlərində bölünməz hökmranlığının tarixi dövrü başa çatır, birqütblü dünya keçmişə çevrilir. Biz tarixi dönüş nöqtəsindəyik. İkinci Dünya Müharibəsinin bitməsindən sonra yəqin ki, ən təhlükəli, gözlənilməz və eyni zamanda mühüm onillik qarşıdadır", - Putin deyib.
Prezident bildirib ki, Qərb bəşəriyyəti təkbaşına idarə etməyə çalışsa da, bunu etmək iqtidarında deyil.