Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2022 01:48
Tatarıstanın Ali Məhkəməsi 50 yaşlı Kazan sakinini 2009-2017-ci illərdə törədilən silsilə qətllər işi üzrə ömürlük həbs cəzasına məhkum edib.
Sonxeber.net bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin respublika şöbəsinin nümayəndəsi Andrey Şeptitski məlumat verib.
Mətbuatda "Kazan manyakı" adlandırılan İqor Ptitsin 12 qətl, cəhd və zorlama epizodlarında təqsirli bilinib. Bundan əvvəl Tatarıstanın prokuroru İldus Nafikov ona ömürlük həbs cəzası istəyib. Məhkəmə dövlət ittihamçısının rəyi ilə razılaşıb. Həmçinin manyaka psixiatr tərəfindən məcburi müşahidə və müalicə təyin edilib.
İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs 2009-2017-ci illərdə Kazanda qadın və qızlara hücum edib. O, üç nəfəri öldürüb, dörd nəfər sağ qala bilib, ikisi isə ağır yaralanıb.
Manyakın şəxsiyyəti 2009-cu ilin yayında Kazanın Aviastroitelnı rayonunda meşədə meyiti tapılan 30 yaşlı qadının qətli yerindən götürülmüş genomik məlumatların federal məlumat bazasının yoxlanılması nəticəsində müəyyən edilib. Həbsdən sonra həmin şəxs törətdiyi cinayəti etiraf edib və məhkəməyə qədər əməkdaşlıq müqaviləsi bağlayıb.
İş üzrə ümumilikdə 100-ə yaxın ekspertiza aparılıb, 100-dən çox şahid dindirilib.
İrfan Vəliyev