Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” “Şamaxı”ya “Qəbələ” “Sabah”a qarşı

“Qarabağ” “Şamaxı”ya “Qəbələ” “Sabah”a qarşı

Tarix: 30 Oktyabr 2022 11:50

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Şamaxı"ya "Qəbələ" "Sabah"a qarşı
Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XII turun daha iki oyunu keçiriləcək.

Sonxeber.net report-a istinadən xəbər verir ki, günün ilk matçında "Şamaxı" "Qarabağ"ı qəbul edəcək. Rəqibindən bir oyun az keçirən "köhlən atlar" 30 xalla liderdir. Meydan sahibləri 4 xalla 9-cu pillədə qərarlaşıb.

Komandalar indiyədək ölkə çempionatlarında 71 dəfə üz-üzə gəliblər. Bunların 33-də Ağdam təmsilçisi, 13-də Şamaxı klubu qələbə qazanıb. Topların nisbətində də qonaqlar aşkar üstündür - 99:43. "Qarabağ" 16 oyundur Premyer Liqada uduzmur, "Şamaxı" isə 4 matçdır qol vurmur.

Günün ikinci görüşündə "Sabah" "Qəbələ" ilə üz-üzə gələcək. Paytaxt təmsilçisi 28 xalla ikinci, bölgə təmsilçisi 17 xalla beşincidir. Tərəflər indiyədək Premyer Liqada 16 dəfə qarşılaşıblar. Bunların 8-də meydan sahibləri, 5-də "qırmızı-qaralar" meydanı 3 xalla tərk ediblər. Topların nisbətində də "Qəbələ" üstündür - 23:15. "Sabah" çempionatdakı son 4 oyunda rəqibinə qol vurub. Son 6 qarşılaşmada iki və ya daha çox qol qeydə alınıb.

Azərbaycan Premyer Liqası, XII tur
30 oktyabr (bazar)

15:00. "Şamaxı" - "Qarabağ"

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cəmil Quliyev, Elvin Bayramov

Hakim-inspektor: Vüsal Əliyev

Şamaxı şəhər stadionu

18:30. "Sabah" - "Qəbələ"

Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Fərid Hacıyev

Hakim-inspektor: Ömər Paşayev

"Bank Respublika Arena"

Qeyd edək ki, XII turun digər matçlarında "Turan Tovuz" "Sumqayıt"ı 1:0, "Kəpəz" "Səbail"i, "Neftçi" isə "Zirə"ni 3 cavabsız qolla üstələyib.


Etiketlər:  Qarabağ Şamaxıya Qəbələ Sabaha qarşı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ