Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2019 13:36
Bakı. Trend:
Parisdə Notr-Dam kilsəsinin rekonstruksiyası beş ildən daha çox çəkə bilər.
Trend-n məlumatına görə, bunu Fransanın mədəniyyət naziri Frank Riester deyib.
O bildirib ki, bərpa işləri tam sürətlə həyata keçiriləcək.
“Bununla belə, bir müddət əvvəl ölkə prezidenti Emmanuel Makronun təyin etdiyi 5 illik müddəti uzana bilər”.
Xatırladaq ki, aprelin 15-də Parisin Notr-Dam kilsəsində güclü yanğın olub. Nəticədə kilsə üzərindəki qüllənin bir hissəsi aşıb, məbədin saatı yanaraq məhv olub. Yanğının söndürülməsində yüzlərlə yanğınsöndürən iştirak edib. Binanın böyük hissəsi dağılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin