Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Möhtəşəm final yaxınlaşır - FOTOlar

Möhtəşəm final yaxınlaşır - FOTOlar

Tarix: 1 Noyabr 2022 15:02

Gənclər və İdman Nazirliyi, Bakı Abadlıq Xidmətinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilən Bakı kənd və qəsəbələri arasında futbol turnirində 1\8 final mərhələsi başa çatıb. 

32 kənd və qəsəbənin uşaq futbol komandası arasında təşkil olunan turnir böyük marağa səbəb olub. 1\8 final mərhələsinin oyunlarında da balaca futbolçular bir-birindən maraqlı qollarla yadda qalıb. Bu mərhələdə qələbə qazanan "Ramana", "Sabunçu", "Mehdiabad", "Məmmədli", "Yeni Suraxanı", "Əhmədli", "Mərdəkan" və "Binə" komandaları mübarizəni 1\4 finalda davam etdirəcək.

Qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd uşaq futbolunun inkişafı və təbliği, eyni zamanda idmanın kütləviliyinə nail olmaqdır. Yarışlara 2010-2011-ci il təvəllüdlü, ümumilikdə 350-dən çox uşaq cəlb olunub. İlk mərhələdə 8 qrupda start götürən turnirə noyabrın 13-də final qarşılaşması ilə yekun vurulacaq.

Milli.Az


Etiketlər:  Möhtəşəm final yaxınlaşır FOTOlar


RƏYLƏR