Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirusa yoluxma hallarının sayı 17 faiz azalıb

Koronavirusa yoluxma hallarının sayı 17 faiz azalıb

Tarix: 3 Noyabr 2022 08:24

Son bir həftə ərzində dünyada 2,3 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 9 mindən artıq insan isə koronavirusdan ölüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.

Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 17 faiz, ölüm hallarının sayı isə 5 faiz azalıb.

Qeyd edək ki, noyabrın 1-i üçün koronavirusa yoluxanların sayı 627 573 579 nəfərə, ölənlərin sayı isə 6 570 363 nəfərə çatıb.

Milli.Az


Etiketlər:  Koronavirusa yoluxma hallarının sayı 17 faiz azalıb


RƏYLƏR