Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ərəb Liqasının dəstəyini hər zaman hiss etmişik'' - POLİTOLOQ ŞƏRH ETDİ

''Ərəb Liqasının dəstəyini hər zaman hiss etmişik'' -  POLİTOLOQ ŞƏRH ETDİ

Tarix: 3 Noyabr 2022 10:21

"Noyabrın 1-də Azərbaycan Prezidenti Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirak edərək, burada çıxış etdi. İlk olaraq cənab Prezident Əlcəzairdə Şəhidlər Memorialını və Mücahidlər Muzeyini ziyarət etdi. Orada Əlcəzair xalqının başına gələn müsibətlərlə tanış oldu".

Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev xatirə kitabına öz sözlərini yazıb: "Burada bir milyon yarımdan artıq Əlcəzair mücahidlərinin həlak olmasını ürək ağrısı ilə qeyd edib. Bizim başımıza gələn faciələrin analoqu da əlcəzairli qardaşlarımızın başına gəlib.

Azərbaycan Respublikası 2006-cı ildən Ərəb Dövlətləri Liqasının üzvüdür. Azərbaycan Prezidenti bu tədbirdə Qoşulmama Hərəkatının sədri kimi iştirak etdi. Azərbaycan xalqının da 30 ildə başına gələn müsibətlər, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməməsi, BMT-nin qəbul etdiyi qətnamələrin icra olunmamasından, ikili standartların olmasından danışdı. İkili standartların yaranma səbəblərini tədbir iştirakçılarına izah etdi. Çünki dünyada bizə qarşı olan ikili standartlar eyni zamanda müsəlman dünyasına da edildiyi heç kim üçün sirr deyil. Çıxışında Prezident işğal dövründə də Ərəb dövlətlərinin hər birinin ayrı-ayrılıqda Azərbaycana dəstək olduğunu, beynəlxalq təşkilatlarda hər zaman Azərbaycanı dəstəklədikləri üçün öz təşəkkürünü bildirdi. Eyni zamanda ölkə başçısı İslam Əməkdaşlıq Təşkilatının dəstəyinə görə də təşəkkür edib.

Azərbaycanın zəfər müharibəsində əldə etdiyi qələbənin, bundan sonra Qarabağda quruculuq işləri və çətinliklə də olsa mina təmizləmə işlərinin hər birinin öz gücümüzə həyata keçirildiyi də diqqətə çatdırıldı.
Vaxtilə Fransanın Əlcəzair xalqına verdiyi zülmün, əhalini qətliam etməsini tarixi faciə adlandıraraq unutmamağı və Fransanın yüz il ərzində Əlcəzairin ən qabaqcıl övladlarını məhv etməsini və əsas da azadlıq mübarizəsi aparanların məhv edilməsini böyük tarixi ədalətsizlik və Əlcəzair xalqına qarşı qətliam olduğunu bidirib. Bunun üçün də bu cür hadisələri unutmamağın vacibliyini də xatırladıb. Bu cür hadisələr Azərbaycanda da olub. Ərəb Liqasının dəstəyini də hər zaman hiss etmişik. Ümidvaram ki, bundan sonra daha da yaxşı əlaqələr qurulacaq".

Milli.Az


Etiketlər:  Ərəb Liqasının dəstəyini hər zaman hiss etmişik POLİTOLOQ ŞƏRH ETDİ


RƏYLƏR