Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ekofəallar Van Qoqun tablosuna şorba tökdülər - FOTO

Ekofəallar Van Qoqun tablosuna şorba tökdülər - FOTO

Tarix: 5 Noyabr 2022 12:00

İtaliyanın Roma şəhərində Vinsent Van Qoqun (1853-1890-cı illər) əsərlərindən ibarət sərginin təşkil olunduğu Palazzo Bonapart muzeyində "Son nəsil" hərəkatının fəalları niderlandlı rəssamın "Əkinçi" rəsminin üzərinə tərəvəz şorbası töküblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, onlar həmçinin iqlim dəyişikliyinə qarşı şüarlar səsləndiriblər.

Rəsm əsəri qoruyucu şüşə altında olub. Hadisə ilə bağlı başqa təfərrüat hələlik açıqlanmayıb.

Qeyd edək ki, bundan əvvəl də digər Avropa ölkələrinin muzeylərində oxşar hadisələr qeydə alınıb.

Milli.Az


Etiketlər:  Ekofəallar Van Qoqun tablosuna şorba tökdülər FOTO


RƏYLƏR