Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Molla rejimi dinc insanlara divan tutdu – Onlarla ölü və yaralı var

Molla rejimi dinc insanlara divan tutdu – Onlarla ölü və yaralı var

Tarix: 5 Noyabr 2022 21:24

Sünnilərin üstünlük təşkil etdiyi Sistan-Bəlucistan əyalətinin Həş şəhərində cümə namazından sonra keçirilən etirazlarda molla rejiminin təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində həyatını itirənlərin sayı 16-ya çatıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə sünni din alimi Mövləvi Əbdülhəmid İsmayılzehi məlumat verib.

O, çox sayda ölənlə yanaşı, onlarla yaralının olduğunu da bildirib.

Təhlükəsizlik qüvvələrinin qeyri-mütənasib güc tətbiqini tənqid edən din adamı deyib:

"Həş şəhərindəki regional adiministrasiyanın binası qarşısına toplaşan izdiham şüarlar səsləndirib və binaya daş atıb. Təhlükəsizlik qüvvələri atılan daşlara odlu silahlardan atəş açaraq cavab verib".

İsmayılzehi əlavə edib:

Həşdə azı 16 nəfər ölüb, onlarla insan yaralanıb. Sistan-Bəlucistan əyalətində polisin münasibətinin digər əyalətlərdən niyə fərqli olduğu məlum deyil. Bu dövlətdə insanlar amansızcasına öldürülür, qana bələnir.

Dünən - qanlı cümə günü Zahidan şəhərində, bu gün isə Həşdə baş verən qanlı fəlakət zülm və ayrı-seçkiliyin ölçülərini ortaya qoyur. Mən bu faciəni qınayıram. Həyatını itirənlərin ailələrinə başsağlığı verirəm".

Milli.Az


Etiketlər:  Molla rejimi dinc insanlara divan tutdu Onlarla ölü yaralı var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ