Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2022 14:42
Son zamanlar istifadə olunan pəhriz proqramlarından biri də "Sirt-food"dur (Sirtuin). Bir çox dünya ulduzunun məhz bu proqram vasitəsi ilə arıqladığı və formada qaldığı bildirilir.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu pəhriz sirtuin genini aktivləşdirərək maddələr mübadiləsini sürətləndirir.
Bu pəhrizə daxil olan qidalar isə aşağıdakılardır:
- Kakao
- Çiyələk
- Qarabaşaq
- Zeytun yağı
- Qəhvə
- Yaşıl çay
- Cəfəri
- Kərəviz
- Aruqula
- Qaragilə
- Qırmızı soğan
- Soya
- Sarıkök
- Qoz
Bəs bu pəhrizi necə saxlamaq olar?
İlk 3 günü içki və 1 əsas yeməklə tamamlamaq, ardınca 4 gün ərzində 2 əsas yemək, yuxarıda sadalanan qidalardan yemək və yaşıl (təbii) içkilər içmək, ardınca 14 gün ərzində 3 əsas yemək və içkilərlə pəhrizi tamamlamaq lazımdır. Proqram 21 günü əhatə edir.
Qeyd edək ki, ilk 3 gündə maye ilə qidalanmaq, sıx iş qrafiki və ya artıq çəkisi olan şəxslər üçün çox aşağı kalori ehtiva etdiyi üçün sağlamlıq üçün əlverişsizdir.
Gündəlik:
Səhər: 1 çay qaşığı zeytun yağı ilə hazırlanmış tərəvəz omleti
2 bütöv qoz ləpəsi
İstədiyiniz qədər cəfəri və ya aruqula (roka)
1 dilim qarabaşaq çörəyi
Qəlyanaltı: 1 ədəd portağal +1 ədəd qoz
Günorta: 1 alma + 4 xörək qaşığı qaynadılmış qarabaşaq + yarım qırmızı soğan, roka və cəfəri ilə hazırlanmış salat (salata 1 çay qaşığı zeytun yağı əlavə edin)
Qəlyanaltı: Sadalanan qidalardan hazırlanan içki için
Axşam: 100-150 qram qril (qaynadılmış qırmızı və ya ağ ət)
Roka - cəfəri - 1 portağal dilimləri və 1 çay qaşığı zeytun yağı ilə hazırlanmış salat (toxluqdan asılı olaraq salatınıza 3-4 xörək qaşığı qaynadılmış qarabaşaq əlavə etmək olar)
Gündə ən azı 2,5 litr su istehlak edilməlidir.
Yaşıl içkinin hazırlanması:
7-8 ədəd aruqula
5-6 ədəd cəfəri
2 kərəviz sapı
1 çimdik zəncəfil və ya yarım çay qaşığı üyüdülmüş zəncəfil
½ orta alma
½ orta limon
½ matça yaşıl çayı blenderdən keçirərək hazırlanır.