Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Görmə qabiliyyətinin kəskin pisləşməsinin səbəbi açıqlandı

Görmə qabiliyyətinin kəskin pisləşməsinin səbəbi açıqlandı

Tarix: 6 Noyabr 2022 19:45

"A" vitamini görmə üçün ən vacib vitaminlərdən biridir - o, görmə sinirinə kömək edir və göz əzələlərini gücləndirir.

Bu barədə rusiyalı endokrinoloq Tatyana Boçarova deyib.

Mütəxəssis qeyd edib ki, onun çatışmazlığı buynuz qişanın qurumasına və yaş kisəsi kanalların tıxanmasına gətirib çıxarır.

"Bu hiss kompüterdə çox vaxt keçirən hər kəsə tanışdır. "A" vitamini çatışmazlığının digər xoşagəlməz nəticəsi "toyuq korluğu"dur: bu qaranlıqda görmə qabiliyyətinin azalması və minimal işığı görməməkdir", - deyə mütəxəssis bildirib.

Qeyd edək ki, "A" provitamini almağın ən asan yolu tərəvəz şirələridir (ancaq təzə sıxılmış). Heyvan mənşəli məhsullarda isə ən çox balıq yağında (19 mq), toyuq qaraciyərində (100 qr-a 12 mq), mal qaraciyərində (8,2 mq), treska qaraciyərində (4,4 mq), qoyun qaraciyərində (3,6 mq) rast gəlinir.


Etiketlər:  Görmə qabiliyyətinin kəskin pisləşməsinin səbəbi açıqlandı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ