Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2019 17:30
Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Kamil Səttarlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 15 il azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra məhkəmə hökmü elan olunub. Məhkəmənin hökmü ilə K.Səttarlı 13 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, bu il martın 1-də Yasamal rayonu, Xiyabani küçəsində 1997-ci il təvəllüdlü Kamil Səttarlı şəxsi münasibətlər zəminində tanışı, 1993-cü il təvəllüdlü Emin Babaverdiyevi üç bıçaq zərbəsi ilə qətlə yetirib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin