Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qeyri-düz dişləm

Qeyri-düz dişləm

Tarix: 10 Noyabr 2022 08:06

Qeyri-düz dişləm bir çox stomatoloji problemlərə - tənəffüs, həzm, danışığın pozulmasına səbəb olur.
Dişləm - dişlərin qapanma tipidir. Düzgün dişləm deməkdir ki, yuxarı dişlər bir qədər aşağı dişlərin üzərini örtür, bu da optimal çeynəməni təmin edir. Uşaq diş çıxarmağa başladıqda çənənın böyüməsi pozularsa, dişləmin müxtəlif pozğunluqları meydana çıxır. Yuxarı çənə çox inkişaf etdikdə və ya alt çənə inkişaf etmədikdə dişləm də pozulur.
Qeyri-düz dişləm nəinki estetik pozğunluğa səbəb olur, həm də qidanın yaxşı çeynənilməməsinə, buna görə də həzm pozğunluqlarına gətirib çıxarır. Qeyri-düz dişləm tənəffüs, udma, nitqin, LOR-orqanlarının xəstəliklərinə səbəb ola bilər.
Səbəbləri:
-Valideynlərdəki dişləm və çənənin quruluşunun irsi xüsusiyyətləri
-çənə sümüklərinin yerləşməsi və inkişafının pozulması
-zərərli vərdişlər-baş barmağı sormaq və s.
-uzun müddət əmzikdən istifadə
-böyük deşikli əmzikdən istifadə
-LOR-orqanların xroniki xəstəlikəri
Diaqnostika:

Stomatoloqa birinci gediş 1 yaşda olmalıdır. Əgər qeyri-düz dişləmə şübhə varsa  həkimə tez müraciət etmək lazımdır. Korreksiya nə qədər tez başlanarsa dişləm daha tez bərpa olunar. Bu problem ortodont tərəfindən həyata keçirilir. İlk məsləhəti ortodont 3 yaşda verir.
Həkim nə edə bilər:
Həkimə müraciət edərkən bilmək lazımdır ki, ortodont işi uzunmüddətli prosesdir. Bir neçə metod mövcuddur:
-mioterapiya ( süd dişləri olduqda effektivdir, çeynəmə əzələləri üçün)
-aparatlar vasitəsilə (breket-sistem, ortodont treynerlər və lövhələr)
-cərrahi müalicə
-kompleks müalicə.

Milli.Az


Etiketlər:  Qeyri düz dişləm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ