Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deputat: Ermənistan rəhbərliyinin bu hərəkətləri müharibəyə səbəb ola bilər

Deputat: Ermənistan rəhbərliyinin bu hərəkətləri müharibəyə səbəb ola bilər

Tarix: 5 Oktyabr 2019 10:21

Bakı. Elçin Mehdiyev - Trend:

Bu sessiya Avropa Şurasının - üzv ölkələrdə sülh, firavanlıq və təhlükəsizlik uğrunda mübarizə aparan təşkilatın 70 illik yubileyinin qeyd olunması ilə xatırlanır. Lakin hələ də həll olunmamış məsələlər qarşımızdadır. Onlardan biri də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Təəssüf ki, son vaxtlar Ermənistanda çoxlu təxribatçı açıqlamalar gəlir. Ermənistan tərəfinin qeyri-adekvat yanaşması gərginliyə səbəb olur.

Bu fikirləri Trend- ə AŞPA-nın payız sessiyasının sonuncu iş günündə sərbəst müzakirələrdə çıxış edən nümayəndə heyətimizin üzvü Sevinc Fətəliyeva deyib.

Deputat qeyd edib ki, avqust ayından başlayaraq Paşinyan bu il keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində və gələn il keçiriləcək parlament seçkiləri ərəfəsində ölkədəki mövqelərini möhkəmləndirmək üçün "Qarabağ Ermənistandır" tipli bəyanatlar verir. Həmçinin BMT-də xarici işlər nazirlərinin görüşü ərəfəsində bu, danışıqlar prosesinin pozulmasına yönəlmiş təxribat kimi görünürdü. Daha sonra baş nazir ABŞ-a gedir və tezisini orada təkrarlayır. Beləliklə, əsas məqsədə çatılır: o, Amerika konqresmenlərinin hərbi vertolyotda Dağlıq Qarabağa getməsi üçün oradakı erməni diasporunun dəstəyini alır. Bunlar hamısı planlaşdırılmış təxribatların davamıdır. Ancaq reallıq budur ki, bu, çox təhlükəli bir tendensiyadır və Ermənistan rəhbərliyi ölkə daxilində mövqeyini gücləndirmək üçün səhv yol seçib. Çünki bu hərəkətlər gərginliyə gətirib çıxarır, sonra isə müharibəyə səbəb ola bilər. Bunu dayandırmalıyıq. Girovlarımız hələ də həbsdə saxlanılır, bu istiqamətdə heç bir iş aparılmır. Təxribatın başqa bir nümunəsi Dağlıq Qarabağ ərazisində hərbi təlimlərin olduqca aqressiv şəkildə keçirilməsidir.

Avropa ölkələri, beynəlxalq təşkilatlar, bütün dünya Qarabağın Azərbaycanın bir parçası olduğunu qəbul edirlər. Biz erməni tərəfinin təcavüzkar bəyanatlarını qınamalıyıq, çünki bu təcavüzkar ritorikadan sonra bölgəni müharibə həddinə çatdıran fəaliyyətin başlanmamasına heç kim zəmanət verə bilməz.

Sevinc Fətəliyeva qeyd edib ki, Ermənistan rəhbərliyi səsləndirdiyi bəyanatların dövlətin rəsmi mövqeyinin olduğunu və ya PR kampaniyanın bir hissəsi olub-olmadığını müəyyənləşdirməlidir, heç olmasa erməni xalqının naminə.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Deputat Ermənistan rəhbərliyinin hərəkətləri müharibəyə səbəb bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ