Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-ın kosmik dronu Yerə qayıtdı

ABŞ-ın kosmik dronu Yerə qayıtdı

Tarix: 13 Noyabr 2022 11:36

ABŞ-ın orbitə buraxdığı kosmik dron 2 il sonra Florida ştatının kanaveral burnunda bazaya uğurla enib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Boeing" şirkəti məlumat verib.

Şirkət bildirir ki, ilk uçuşu 2010-cu ildə baş tutan dron 12 ildə 6 missiya həyata keçirib. Qurğu ABŞ mütəxəssislərinə yeni kosmik texnologiyaları sınaqdan çıxarmaq üçün imkan verib.

ABŞ ordusu üçün hazırlanmış X-37B adlı dronun uzunluğu 9 metr, qanadlararası məsafə isə 5 metrdir. Avadanlıqların qidalanması günəş batareyaları ilə həyata keçirilir. İlk dövrdə tam məxfi aparılan işlər indi ictimailəşdirilib. Bu dron müxtəlif materialların kosmosda müqavimətini yoxlamaq imkanı verir.

Milli.Az


Etiketlər:  ABŞ ın kosmik dronu Yerə qayıtdı


RƏYLƏR