Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2022 20:57
Milli Məclisin sədri Sahibə Qafarova İstanbulda baş verən partlayışa görə Türkiyəyə başsağlığı verib.
Sonxeber.net xəbər verir ki, başsağlığında deyilir:
"İstanbul şəhərində törədilmiş partlayış nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə şəfa diləyirik".
Xatırladaq ki, İstanbulun mərkəzində İstiqlal küçəsində yerli vaxtla saat 16:20-də güclü partlayış baş verib. Partlayış nəticəsində 6 nəfər ölüb, 53 nəfər isə xəsarət alıb.