Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransa qəzeti İlham Əliyevin uzaqgörən siyasətindən yazdı

Fransa qəzeti İlham Əliyevin uzaqgörən siyasətindən yazdı

Tarix: 14 Noyabr 2022 10:45

Fransanın "La Gazette" xəbər portalında noyabrın 11-də Özbəksitanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Toplantısı və Azərbaycanın təşəbbüsü ilə yaradılmış TDT-nin Prezident İlham Əliyevin uzaqgörən siyasətinin növbəti təsdiqi olduğu barədə məqalə dərc olunub.

Məqalədə bildirilib ki, Səmərqənd sammiti 2021-ci ildə Azərbaycanın sədrliyi dövründə strukturun dəyişdirilməsindən sonra türk dövlətləri başçılarının yeni formatda ilk görüşü oldu və bu zirvə toplantısı təşkilatın son görüşdən sonra əldə etdiyi nəticələrin təhlili üçün bir növ platformaya çevrildi.

"Türk dünyası 200 milyondan artıq əhalisi olan geniş coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat potensialına və müasir hərbi imkanlara malikdir. Türk dövlətlərinin liderləri regionun inkişafını təmin etmək üçün türk inteqrasiyasının zəruriliyini çoxdan bəyan ediblər və bu qəbildən olan cəhdlər əvvəllər də edilsə də, çoxdan gözlənilən regional inteqrasiya istiqamətində ilk uğurlu addım 2009-cu ildə Naxçıvanda atılıb", - deyə məqalədə qeyd olunub.

Məqalədə vurğulanıb ki, Səmərqənd sammiti ötən il İstanbul Zirvə toplantısında qəbul edilmiş tarixi qərarları birləşdirən və yekunlaşdıran görüşə çevrildi. "Bu gün dünya miqyasında qlobal təlatümlər fonunda TDT-nin fəaliyyəti Prezident İlham Əliyevin uzaqgörən siyasətinin növbəti təsdiqidir, çünki 2009-cu ildə məhz Azərbaycanın təşəbbüsü ilə türk ölkələri üçün bir platforma yaradılmışdır. Bu da hazırda təşkilatın üzvü olan ölkələrin inkişafına xidmət edir."

Həmçinin əlavə olunub ki, Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və TDT-yə üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.


Etiketlər:  Fransa qəzeti İlham Əliyevin uzaqgörən siyasətindən yazdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ