Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2022 20:16
ABŞ-ın Florida ştatının şərq sahillərini vuran "Nikol" qasırğası iki yüz ildən çox əvvələ aid insan qalıqlarını sahilə gətirib.
Sonxeber.net bildirir ki, bu barədə NBC News xəbər verib.
Polis zabiti Martin Con Budensikin sözlərinə görə, Çesteyn çimərliyində altı kəllə və digər kiçik və iri sümüklər tapılıb. Qalıqları orada dincələn insanlar görüblər.
Materiallar ekspertizaya təqdim edilib. Mütəxəssislər qalıqların yerli amerikalılara aid olduğundan şübhələniblər. "Tibbi ekspertiza müəlliflərinin fikrincə, sümüklərin yaşı 200 ildən çoxdur", - Budensik yekunlaşdırıb.
Bu ərazidə ən qədim qalıqlar əvvəllər də tapılıb. Bu, 2012-ci ildə "Sendi" qasırğasından sonra, 2019-cu ildə isə "Dorian" qasırğasından sonra baş verib.
İrfan Vəliyev