Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şərti düşmənin diversiya qrupunun təxribatının qarşısı alınıb - VİDEO - FOTO

Şərti düşmənin diversiya qrupunun təxribatının qarşısı alınıb - VİDEO - FOTO

Tarix: 16 Noyabr 2022 11:21

2022-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda nümunəvi tabor taktiki təlimi keçirilib.

MN-dən Milli.Az-a verilən məlumata görə, real döyüş şəraitinə uyğunlaşdırılmış təlimin planına uyğun olaraq əldə edilən kəşfiyyat məlumatına əsasən şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi müəyyənləşdirilib.

Mümkün təxribatın qarşısını almaq məqsədilə daimi dislokasiya məntəqəsini tərk edən tabor cəmləşmə rayonu istiqamətində hərəkət edib və şərti düşməni zərərsizləşdirərək ilkin tapşırığı müvəffəqiyyətlə yerinə yetirib.

Növbəti mərhələdə müşahidə postları qurulub və bölmələr tərəfindən yaşayış məntəqələrində axtarış əməliyyatları icra olunub.

Təlimin keçirilməsində əsas məqsəd taborun döyüşə hazırolma vəziyyətinə gətirilməsi zamanı qərargah fəaliyyəti ilə bölmələr arasında qarşılıqlı əlaqəni təkmilləşdirmək, eləcə də komandirlərin döyüşü idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaqdır.

Yüksək peşəkarlıqla görülən fəaliyyətlər nəticəsində təlimdə qarşıya qoyulmuş bütün məqsədlərə nail olunub.

Milli.Az


Etiketlər:  Şərti düşmənin diversiya qrupunun təxribatının qarşısı alınıb VİDEO FOTO


RƏYLƏR