Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nə qədər ərazi minalardan təmizlənib?

Nə qədər ərazi minalardan təmizlənib?

Tarix: 17 Noyabr 2022 10:54

10 noyabr 2020-ci ildən bu günədək Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 59 055 min hektar ərazi təmizlənib, 76 810 min mina və partlamamış hərbi sursat zərərsizləşdirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov "Mina Təhlükəsi ilə Mübarizə: çağırışlar və imkanlar" adlı beynəlxalq tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, bunlardan 13 211 mini tank əleyhinə mina, 26 899 mini piyada əleyhinə mina, 36 700 mini isə partlamamış hərbi sursatlar olub: "Təəssüflər olsun ki, 2-ci Qarabağ müharibəsindən keçən dövr ərzində 268 nəfər mina partlayışından zərər çəkmiş, onlardan 44 nəfəri həyatını itirib".

Vüqar Süleymanov əlavə edib ki, Azərbaycanın 2030-cu ilədək Milli Prioritetləri sırasında azad edilmiş ərazilərin bərpası və bu ərazilərə təhlükəsiz həyatın qaytarılması əsas strateji hədəflərdən biri kimi müəyyən edilib. Bu baxımdan beynəlxalq minatəmizləmə qurumlarının potensial imkanlarının öyrənilməsi, təcrübə və nəticələrin dəyərləndirilməsi, habelə, minatəmizləmə əməliyyatları zamanı yaranan çətinliklərin aradan qaldırılmasında yeni yanaşmaların tətbiqi, keyfiyyətli və səmərəli nəticələrin əldə olunması və mümkün əməkdaşlıq imkanları ANAMA-nın əsas diqqət etdiyi sahələrdəndir.

Milli.Az


Etiketlər:  qədər ərazi minalardan təmizlənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ