Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Oktyabr 2019 05:52
Bakı, Trend:
Afinada rəsmi səfərdə olan ABŞ-ın dövlət katibi Maykl Pompeo, şənbə günü Yunanıstan hakimiyyəti ilə ABŞ lideri Donald Tramp və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasında görüşün keçirilməsi haqda müzakirə aparıblar.
Trend-in məlumatına görə, diplomat bu barədə Yunanıstan Dövlət Televiziyasına müsahibəsində məlumat verib.
Tramp və Mitsotakis arasındakı görüşü müzakirə edib etmədiyini soruşduqda, Pompeo vurğulayıb: "Bəli, bunu müzakirə etdik." "Hələ bir şey təsdiq edə bilmərəm, amma əlbətdə bu barədə danışdıq. Hər iki liderin daha əvvəl danışmaq imkanı var idi və əminəm ki, dialoqu davam etdirəcəklər" deyə dövlət katibi qeyd edib.
Qeyd edək ki, iyul ayında Tramp və Mitsotakis arasında telefon danışığı olub. Söhbət əsnasında liderlər ikitərəfli əlaqələrin dərinləşdirilməsi üzərində işləməyə razılıq veriblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin