Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənipərəst Nensi Pelosi Demokrat partiyasının liderliyindən getdi

Ermənipərəst Nensi Pelosi Demokrat partiyasının  liderliyindən getdi

Tarix: 17 Noyabr 2022 23:48

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Demokratlara rəhbərlik etməyəcəyini bəyan edib.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, Pelosi artıq bir dövrün başa çatdığını bildirib.

"İndi biz cəsarətlə gələcəyə doğru irəliləməliyik. Demokratlara yeni nəslin rəhbərlik etməsinin vaxtıdır"- deyə 82 yaşlı Pelosi qeyd edb.

Amerikalı siyasətçi bundan sonra konqresmen olaraq "San-Fransisko xalqı üçün çalışmağa" davam edəcəyini deyib.

Qeyd edək ki, Nensi Pelosinin getməsinə əsas səbəb Demokrat partiyasının nümayəndələr palatasında üstünlüyü itirməsi ilə bağlıdır. Onun yerini respublikaçı Kevin Makkartinin tutması gözlənilir.

Xatırladaq ki, Nensi Pelosi qatı ermənipərəst mövqeyi, həmçinin anti-Azərbaycan və anti-Türkiyə mövqeyi ilə tanınan siyasətçi olub. Fəaliyyət göstərdiyi dövrdə o, Türkiyə və Azərbaycan əleyhinə bütün sənədlərin hazırlanmasında fəal iştirak edib.


Etiketlər:  Ermənipərəst Nensi Pelosi Demokrat partiyasının liderliyindən getdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ