Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sərxoş kişi pitonu boynuna sarıdı: Ölümdən belə xilas oldu - VİDEO

Sərxoş kişi pitonu boynuna sarıdı: Ölümdən belə xilas oldu - VİDEO

Tarix: 19 Noyabr 2022 18:22

Hindistanın Carkhand ştatının Kitasoti Kherd kəndinin sərxoş sakini boynuna nəhəng pitonu sarıb və möcüzə nəticəsində sağ qalıb.

Milli.Az-ın lent.az-a mediaya istinadla xəbərinə görə, Birjalal Ram Bhuyan sərxoş olarkən boynuna ilan sarıyıb. Hindlini təəccübləndirən piton onu boğmağa çalışıb. Görüntülərdə kişinin qaçmağa çalışdığı, lakin nəticə vermədiyi görünür.

Bhuyanın dostları və oğlu köməyə gəlib və ilanı açmağa başlayıblar. Bu zaman hindli gölməçəyə yıxılıb. Sonda insanlar ilanı onun boynundan çıxararaq həyatını xilas edə biliblər.

Kişi yüngül xəsarətlərlə xilas olub. Ona yerindəcə yardım göstərilib.

Milli.Az


Etiketlər:  Sərxoş kişi pitonu boynuna sarıdı Ölümdən belə xilas oldu VİDEO


RƏYLƏR