Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2022 22:50
"NATO Ukraynada hərbi əməliyyatlara cəlb olunmayacaq".
Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Halifaks Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirib.
"NATO müdafiə ittifaqıdır və Rusiya ilə qarşıdurmaya can atmır. O, Rusiya üçün təhlükə deyil", - Pentaqon rəhbəri qeyd edib.
Ostin, həmçinin vurğulayıb ki, NATO hərbi əməliyyatlara cəlb edilməsə də, Ukraynanın müdafiəsinə dəstək olacaq:
"Biz NATO ərazisinin hər qarışının müdafiəsini gücləndirməyə davam edəcəyik", - Nazir deyib.
Müdafiə nazirinin sözlərinə görə, Ukraynadakı vəziyyət "soyuq müharibə"nin bitməsindən sonra ən böyük təhlükəsizlik böhranıdır:
"Bu müharibənin nəticəsi XXI əsrdə dünyada təhlükəsizlik sahəsində müəyyənedici amillərdən biri olacaq".