Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2022 16:26
Şəki rayonunun Köndələn kənd tam orta məktəbi qəzalı vəziyyətə düşüb. Şagirdlərin belə şəraitdə təhsil alması hər kəsi narahat edir.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, məktəbin divarlarında iri çatlar var, döşəməsi yararsız vəziyyətdədir. Tavanın çökməsi isə an məsələsidir.
1936-cı ildən fəaliyyət göstərən məktəbdə hazırda 516 şagird təhsil alır.
Məktəbin direktoru Aytən Yusifova bildirib ki, mövcud durumla bağlı aidiyyəti üzrə müraciətlər olunub.
Məsələ ilə bağlı Şəki -Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşı Mahal Məmmədov bildirib ki, idarənin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbləri növbəlilik əsasında təmir edilir.
''Köndələn kənd tam orta məktəbinin vəziyyəti ilə bağlı müvafiq qurumlara məlumat verilib. Məktəb binasının yenidən tikilməsi nəzərdə tutulub'', - deyə o əlavə edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: