Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2022 08:30
Belçika 10 pilotsuz sualtı dron və iki mobil laboratoriyanı Ukraynaya təhvil verməyi planlaşdırır.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu Belçikanın müdafiə naziri Ludivine Dedonder "LeSoir" qəzetinə müsahibəsində deyib.
"Bu sualtı dron bütün sualtı təhlükələri aşkar edə bilir: həm minalar, həm də casus avadanlığı. Bunlar onlara əhəmiyyətli köməklik göstərəcək yeni yüksək texnologiyalardır. Belçika ordusunda artıq belə cihazlar var ", - nazir bildirib.
Müdafiə idarəsinin rəisi əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri Belçika istehsalı olan iki mobil laboratoriya alacaq. Onun sözlərinə görə, onlar kimyəvi, bakterioloji, radioloji və ya nüvə xarakterli insident baş verən yerin yaxınlığında tez bir zamanda yerləşdirilə bilər.
Dedonder bu və ya digər səbəbdən xəstəxanaların və ya məsələn, doğum evlərinin olmadığı fəlakət zonalarında bu avadanlıqdan istifadənin mümkünlüyünü də açıqlayıb.