Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tanınmış teleaparıcı yataqda VİDEO çəkib

Tanınmış teleaparıcı yataqda VİDEO çəkib

Tarix: 26 Noyabr 2022 14:15

Tanınmış rusiyalı teleaparıcı Anfisa Çexova yataqda çəkilmiş videonu "Instagram"da paylaşıb. 

Milli.Az bildirir ki, əhəmiyyətli hadisələr ərəfəsində mütəmadi olaraq başına gələn çətinliklərdən danışıb.

"Hər dəfə mühüm hadisə ərəfəsində mənim üçün hər şey bir anda baş verir. Birincisi, yuxusuzluq. Bu dəfə dişim ağrıdığı üçün yatmadım. İndi hər şey qarışıb və bununla bağlı nəsə etmək çətindir, heç bir yamaq kömək etməyəcək", - Çexova deyib.

Teleaparıcı videoda alt dodağının herpeslə bağlı sağalmayan yarasını da göstərib və hələ də paltar seçmədiyindən şikayətlənib.

"Kişilər yuxudan oyanıb istənilən formada tədbir keçirməyə gedə bilərlər! Amma qadınlara qarşı tələblər irəli sürülür. Qadın gözəl, şən və ağıllı olmalıdır və parlaq şəkildə zarafat etməlidir... Gecənin yarısını yatmamışamsa və dişim ağrıyıbsa, necə zarafat etməliyəm?", - o soruşub.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Tanınmış teleaparıcı yataqda VİDEO çəkib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ