Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xalq artisti “Ən yaxşı aktyor” adını aldı

Xalq artisti “Ən yaxşı aktyor” adını aldı

Tarix: 27 Noyabr 2022 16:24

Xalq artisti Qurban İsmayılov "Tallinn Black Nights" Film Festivalında (PÖFF) "Ən yaxşı aktyor" nominasiyası üzrə qalib olub.

Xalq artisti "Mərmər soyuğu" filmindəki roluna görə festivalda mükafata layiq görülüb. Bu barədə sosial şəbəkədə layihənin prodüserlərindən olan Fariz Əhmədov məlumat yayıb.

Xatırladaq ki, Asif Rüstəmovun rejissorluğu ilə lentə alınan ekran işi uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Uzunmüddətli həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına düzən verməyə çalışır.

"Mərmər soyuğu"nda baş rolları xalq artisti Qurban İsmayılov, aktyor Elşən Əsgərov və aktrisa Natavan Abbaslı canlandırır.

Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, "Azərbaycanfilm" kinostudiyası, İctimai TV, Baku Media Center və Fransanın "Arizona Films" şirkətlərinin birgə istehsalıdır.

Milli.Az


Etiketlər:  Xalq artisti Ən yaxşı aktyor adını aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ