Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2022 19:44
Moskva yaxınlığındakı Elektroqorskda 15 yaşlı lisey şagirdi göldə dostu ilə elektron siqaret çəkərək ölüb.
Sonxeber.net bildirir ki, bu barədə "Shot" Telegram kanalında məlumat verilib.
Məlumata görə, iki yeniyetmə valideynlərindən gizli siqaret çəkməyə qərar verib. Birdən birinin ağzından köpük gəlib, huşunu itirib. Digər lisey şagirdi həkim briqadasını çağırsa da, onlar uşağı reanimasiya edə bilməyiblər. Ölən yeniyetmə heç vaxt polis qeydiyyatında olmayıb, onun ölümünün dəqiq səbəbi ekspertiza tərəfindən müəyyən ediləcək.
İrfan Vəliyev