Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2022 08:08
ABŞ hakimiyyəti Ukrayna üçün "NASAMS" hava hücumundan müdafiə sistemlərinin alınması üçün "Raytheon Missiles and Defense" şirkətilə 1,216 milyard dollarlıq müqavilə imzalayıb.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Pentaqonun yaydığı məlumatda deyilir.
Bundan əlavə, müqaviləyə təkcə hava hücumundan müdafiə sistemləri deyil, həm müvafiq avadanlıq, həm ehtiyat hissələri, həm də Ukrayna ordusu üçün təlim və maddi-texniki dəstək də daxildir.
Qeyd olunub ki, altı "NASAMS" batareyasının alınması Ukraynaya təhlükəsizlik sahəsində yardımın beşinci paketinin bir hissəsidir.