Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xalqı müdafiə edən SEPAH generalı həbs edildi

Xalqı müdafiə edən SEPAH generalı  həbs edildi

Tarix: 2 Dekabr 2022 11:18

İran İnqilabının Keşikçiləri Korpusunun keçmiş komandirlərindən general Məhəmməd Bağır Bəxtiyar İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Milli.Az bildirir ki, generalın şəxsi əşyaları da müsadirə olunub.

Bəxtiyar daha əvvəl bir audio fayl yayaraq İslam Respublikası hökumətini Məhsa Əmininin ölümünün əsl səbəblərini gizlətməkdə günahlandırmışdı.

O bildirib ki, məhkəmə-tibb ekspertizasının etibarlı mənbələri 22 yaşlı gənc qızın ölümünə "kəllə sümüyünün zədələnməsi diaqnozu qoyublar".

İran rəsmilərini "ambisiyalı və şəxsiyyətsiz" adlandıran keçmiş SEPAH komandiri demişdi ki, əgər "sağlam düşüncə" bu hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb üzr istəsəydi, hökumət daha az acınacaqlı nəticələrlə qarşılaşa bilərdi.

Milli.Az


Etiketlər:  Xalqı müdafiə edən SEPAH generalı həbs edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ