Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2022 09:00
Müasir dünyamızda gərgin iş rejimi, immun sistemin zəif olması, müxtəlif infeksion xəstəliklərin yayılması, insanların əsəb sisteminin pozulması bir çox xəstəliklərin əmələ gəlməsinə şərait yaradır. Elə xəstəliklər var ki, biz onların bəzi əlamətlərini keçiririk, amma fərqinə varmırıq. Əslində orqanizmdə baş verən hər bir narahatçılıq hansısa bir xəstəliyin əlamətidir, sadəcə olaraq biz bu əlamətlərə fikir vermirik. Əgər sizdə aşağıdakı əlamətlərdən biri və ya bir-neçəsi müşahidə olunarsa mütləq ürək həkiminə müraciət etməniz gərəkdir:
* təngnəfəslik
* ürəkdöyünmə
* nəfəs çatmazlığı
* halsızlıq
* tez yorulma
* ümumi zəiflik
* əllərin, ayaqların soyuması
* dərindən nəfəs ala bilməmək
* dözümsüzlük
* hərarət
* diz və dirsək oynaqlarında ağrılar, qızartılar, şişkinlik
* bayılma.