Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Telefonunuz suya düşübsə, BUNLARI EDİN

Telefonunuz suya düşübsə, BUNLARI EDİN

Tarix: 3 Dekabr 2022 20:08

İndiki smartfonların əksəriyyəti nəmdən qorunma özəlliyinə malikdir. Lakin suya düşəndən sonra bir çox smartfonlar ya işləmir, ya da şarj olunmur.

Bəs, necə edək ki, smartfonu işlək vəziyyətə qaytaraq? Bu yazımızda həll yollarını izah edəcəyik.

Gundem.az  xəbər verir ki, şarj hissəsinə su daxil olan telefonu əvvəlcə söndürün. Əvvəl xaricini, sonra şarj yerini parça və ya quru salfetlə ilə yaxşı quruladığınıza əmin olun. Telefonu saç feni və ya tozsoranla qurutmaq olmaz. Bu zaman telefonun içində olan incə detallar sıradan çıxır.

Bundan sonra söndürdüyünüz telefonu yenidən başladın. Əvvəlcə USB kabeli telefona taxın. Çıxaranda kabeldə kir varsa, diş çubuğu ilə şarj yerini təmizləyin. Diqqət edin ki, təmizləyici vasitə metal əşya olmasın. Yoxsa sizi elektrik cərəyanı vura bilər.

Smartfon işə düşəndən sonra ekranda şarj edildiyi yazırsa, deməli hər şey qaydasındadır.

Milli.Az


Etiketlər:  Telefonunuz suya düşübsə BUNLARI EDİN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ