Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2022 21:06
Revmatoloji xəstəliklər hər yaşda və tez-tez müşahidə oluna bilər. Bu xəstəliklər bədəndəki müxtəlif orqanların, eləcə də dayaq-hərəkət aparatının tutulması ilə irəliləyə bilən xroniki xəstəliklərdir.
"Medicina" xəbər verir ki, Xətai Tibb Mərkəzinin uzman terapevti Çinarə Səfərova məlumat verib.
Onun sözlərinə görə, revmatoloji xəstəlikləri iltihablı və qeyri-iltihablı olmaqla iki yerə bölmək olar. İltihabi revmatizmlər arasında ən çox tanınanı revmatoid artritdir.
İltihabi revmatizmin səbəblərindən bəhs edən uzman həkim bildirib ki, revmatoloji xəstəliklərdə orqanizmin öz toxumalarında olan müəyyən molekullar immun sistemi tərəfindən yad cisim kimi qəbul edildikdən, toxumalarda bu orqanizm molekullarına qarşı anticisimlər toplandıqdan və ya müxtəlif səbəblərdən bəzi genlər aktivləşdikdən sonra immun hüceyrələri iltihaba başlayır. Uzun müddətli iltihablı reaksiya toxumalarda strukturun pozulmasına və funksiyaların itirilməsinə səbəb ola bilər.
Çinarə Səfərova qeyd edib ki, iltihablı revmatizmal xəstəliklər daha çox orta yaşda xanımlarda görülür. Ancaq uşaqlıq dövründə, gələcək yaş qrupu olmaq üzrə hər yaşda rast gəlinə bilər.